Aylıq ən çox qazanan baş məşqçilərin adları açıqlanıb
2021-04-01 14:13
Dünyanın ən çox maaş alan baş məşqçilərinin adları açıqlanıb. “Böyük beşlik” ölkələrində çalışan ən yüksək ödənişli mütəxəssis “Atletiko Madrid”dən Dieqo Simeonedir. Argentinalı ayda 3.33 milyon avro qazanır. Onu 1.89 milyon maaşla Mançester sitinin çalışdırıcısı Pep Qvardiola izləyir. 3-cü yerdə isə digər premyerliqa klubu Liverpulun baş məşqçisi Yurgen Kloppdur. Onun əmək haqqı isə ayda 1.49 milyon avrodur.
Nərgiz camal