AYDA hava şəraiti ilə əlaqədar yolların vəziyyəti haqqında məlumat yayıb
Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq yolların vəziyyəti haqqında məlumat yayıb. Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur. Gəncə - Daşkəsən yolunda da yağıntı yoxdur. Buzlaşma əmələ gəlib, qum-duz səpilib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
Vüsalə Cənnətova