Aydın Kərimov: "Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək"
Şuşada yeni yaşayış binalarının tikintisi davam edir. Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək. Layihə çərçivəsində 800-dən çox mənzil istifadəyə veriləcək, 3 minə yaxın sakin isə şəhərə köçürüləcək. Hazırda Şuşada 1411 nəfər yaşayır, növbəti mərhələdə isə 8 min nəfərin qayıdışı nəzərdə tutulur. Kərimovun sözlərinə görə, gələn ilin yaz fəslindən etibarən Şuşada "hiking" (piyada dağ yürüşü) turları təşkil olunacaq. Onun sözlərinə görə, hazırda Şuşada kanat yolunun tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.