Ayaks Niderland çempionatının 6-cı turunda Venlo üzərində tarixi qələbə qazanıb
2020-10-25 13:09
Ayaks Niderland çempionatının 6-cı turunda Venlo üzərində tarixi qələbə qazanıb. Səfərdə darmadağına sevinən Amsterdam klubu rəqib qapısından 13 cavabsız qol keçirib. Qonaqların heyətində Lassina Traore 5 qol vurmaqla penta-trik müəllifi olub. Meydan sahibləri 50-ci dəqiqədə futbolçularından birinin aldığı qırmızı vərəqədən sonra azlıqda oynayıb. Bu, Ayaksın tarixində Erediviziyada əldə olunan ən böyükhesablı qələbədir. 13:0 hesablı qələbəyədək paytaxt futbolçuları belə fərqə nail olmamışdı. Bunadək rekord 1971/72 mövsümündə qeydə alınıb. Həmin vaxt Ayaks Vitessi 12:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, 15 xala malik Ayaks çempionatın lideridir.
Vüsalə Camal