Ayın 15-dən şəhərlərarası avtobuslar işləyə bilər
2020-06-01 12:03
Şəhərlərarası sərnişin daşıma iyunun 15-dən sonra bərpa olunarsa, bu halda avtobuslar yeni qaydalarla fəaliyyət göstərəcəklər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatına görə, vaxt baxımından daha uzaq yol qət edən nəqliyyat vasitələrinin salonu bütün sərnişinlər tərəfindən doldurulmayacaq və həmin avtobuslara məhdud sayda bilet satılacaq. Tibbi maskanın və əlcəklərdən istifadə zəruri olunacaq. Bu qaydalar 56 avtovağzal və avtostansiyalara bildirilib. Bileti olsa da belə, sərnişin bu qaydalara əməl etməzsə, o avtobusa buraxılmayacaq.
Vüsalə Camal