Axtarışda olan şəxs silahla saxlanıldı
Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan Bilgəh qəsəbəsi sakini - 1995-ci il təvəllüdlü Mirzə Mirzəyev saxlanılıb. Ondan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. Mirzəyev silah-sursatı satmaq niyyəti ilə özündə saxladığını bildirib. Fakta araşdırılır.
Vüsalə Cənnətova