Axar-Baxar Milli Parkının açılışı olub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qaxda Axar-Baxar Milli Parkının açılışı keçirilib. Tədbir zamanı ağacəkmə aksiyası təşkil olunub, müxtəlif ağac növləri əkilib. Həmçinin ekosistemdə balansın bərpası məqsədilə Acınohur çölü ərazisinə ceyranlar, vəhşi pişiklər və quşlar buraxılıb. Leyla və Arzu Əliyeva açılış çərçivəsində Əyriçaya 20 min balığın buraxılması tədbirində də iştirak ediblər.

