Avtoyuma məntəqəsindən qaçırılan avtomobil qəzaya düşüb
Bakıda avtoyuma məntəqələrinin birindən “Chevrolet” markalı avtomobilin qaçırılması və idarə edilərkən “Toyota” ilə vurulması barədə polisə məlumat daxil olub. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində yuyucu işləyən Səməd Əliyev saxlanılıb. Araşdırma aparılır.
Fərid Mehdiyev