Avtoxuliqanlıq edən qadın sürücülük hüququndan məhrum edilərək cərimələnib
Bakıda avtoxuliqanlıq edən xanım sürücü saxlanılıb. Avtoxuliqanlıq edən qadın 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub. Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə idarə edib.
Fərid Mehdiyev