Avtoxuliqanlıq edən sürücü həbs olunub
Oğuzda avtoxuliqanlıq edən sürücü İ. Məmmədov saxlanılıb. O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.Sürücü barəsində sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq inzibati qaydada həbs tətbiq olunub.
18 noyabr 2026

