Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Yerüstü Nəqliyyat Agentliyi xəbər yayıb. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

