Avtoqəzalarda 3 nəfər yaralanıb
Bakıda 20 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Elnur Mustafayevə burun sümüyünün sınığı diaqnozu qoyulub. 45 yaşlı Firuzə Mühürova isə iki avtomobilin toqquşması nəticəsində xəsarət alıb.
Paytaxtda baş verən digər qəzada 31 yaşlı Rəvanə Nəcəfova xəstəxanaya yerləşdirilib.
Faktlar araşdırılır.
Fərid Mehdiyev