Avtoqəzalarda 3 nəfər yaralanıb
Samuxda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var. Ötən gecə Samuxun Ziyadlı kəndində "VAZ " ilə yük avtomobili toqquşub. Qəza zamanı 30 yaşlı Seymur Salmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Sabirabadın Qaragüney kəndində isə Firudin Əhmədov idarə etdiyi “VAZ-2106” ilə yerli sakin -Tahir Qurban oğlu İmanovu vurub. Piyada müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Abşeron rayonunda da 10 yaşlı Dünya Emin qızı Məmmədzadəni avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Vüsalə Cənnətova