Avtoqəzalarda 2 nəfər ölüb, yaralılar var
Bakıda avtomobil toydan çıxaraq yol keçmək istəyən 65 yaşlı Kəmalə Bağırova və 63 yaşlı Gülarə Əfəndiyevanı vurub. Sonuncu həyatını itirib.
Şəkidə isə Rövşən Muradov idarə etdiyi maşınla 68 yaşlı Qəribə Abdullayevanı vuraraq öldürüb.
Ağstafanın Poylu kəndində isə 2 minik maşınları toqquşub. 47 yaşlı Zahid Hüseynov, 59 yaşlı Fazil Əliyev və 21 yaşlı Hidayət Cəfərov xəsarət alıb.
Vüsalə Cənnətova