Avtomobillərin şüşələrinə plyonkaların çəkilməsi qaydası təsdiqlənib
Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiq edilib. Baş nazir Əli Əsədov imzaladığı qərara əsasən, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə örtüklərin çəkilməsinə yol verilir.