Avtomobillər toqquşdu, 5 nəfər dünyasını dəyişdi
Yevlax-Ağdam-Laçın yolunun təmir olunan 37-ci kilometrliyində, Bərdənin Kətəlparaq kəndində "VAZ - 2121" ilə "Mercedes Benz" toqquşub. Nəticədə 5 nəfər - 1988-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlu; 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlu; 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı; 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu və 1998-ci il təvəllüdlü Baxşəliyeva Məfdunə Məhərrəm qızı ölüb. 2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı isə müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Nərgiz Camalzadə