Avtomobillərin hissələrini oğurlayaraq satan usta saxlanılıb
Bakının Qaradağ rayonunda naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlamaqda şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.
Araşdırmalar davam etdirilir.

