Avtomobillə toqquşan motosikletin sürücüsü öldü
Lənkəranın Hirkan qəsəbəsində "KİA" markalı nəqliyyat vasitəsi Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cümşüd Faiqzadənin idarə etdiyi motosikletlə toqquşub. Motosiklet sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova