Avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə edən sürücülər aşkarlanıb
Gəncədə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtomobillərinə digər dövlətlərə məxsus qeydiyyat nişanı bağlayan, məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanına müdaxilə edən sürücüləri aşkarlayıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb.
Nərgiz Camalzadə