Avtomobil yolu keçən ana-balanı vurub
Babək rayonunun Badaşqa və Hacıvar kəndləri arasında olan yolda qəza baş verib. Avtomobil, yolunu qarşı tərəfə keçən Badaşqa kənd sakini - 1987-ci il təvəllüdlü Əfsanə Əzimli və onun övladı 2011-ci il təvəllüdlü Tahir Əzimlini vurub. Onlar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev