Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq
Noyabrın 19-da əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Lalə Nəsib