Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar yollardakı vəziyyəti açıqlayıb
2021-02-25 10:09
Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar yollardakı vəziyyəti açıqlayıb. Bakı-Qazax-Gürcüstanla sərhəd magistralında yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Qazax rayonu ərazisində 1-2 dərəcə şaxta var. Gəncə - Daşkəsən - Xoşbulaq yolunda da yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. 11-13 dərəcə şaxta müşahidə edilən Şəmkir - Gədəbəy yolu da açıqdır.
Nərgiz camal