Avtomobil qəzalarında 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Qaxda 1963-cü il təvəllüdlü Şövkət Yusifov hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yol kənarındakı şam ağacına çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.
Ağdaşın Dəhnəxəlil kəndində isə rayon sakini Ruslan Əliyevin idarə etdiyi “KİA” və Göyçay sakini Zahir İsmayılovun idarə etdiyi “Nissan” toqquşub. Nəticədə “KİA”nın sürücüsü və ikisi yeniyetmə olmaqla avtomobildə olan 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Nərgiz Camalzadə