Avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb
Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub. Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Piyada hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.
24 noyabr 2026

