Avtomobil məscidin hasarına çırpılıb, 1 nəfər ölüb
Bakının Suraxanı rayonunda yol qəzası zamanı 1957-ci il təvəllüdlü, Sadıqov Əhməd Yolçu oğlunu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Paytaxtdakı digər qəzada Saidov Müslüm Elşən oğlu "Kio-Rio" markalı avtomobilin idarəetməsini itirərək maşını məscidin hasarına vurub. Avtomobildə olan sərnişin Hətəmov Ədalət Elçin oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər - Şirəliyev Xan İlqar oğlu və Mehdizadə Nihad Ziyadxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəsətxanaya yerləşdiriliblər.
Azad Mustafayev