Avtomobil dirəyə çırpılıb, yeniyetmə ölüb
Lənkəran rayonunda avtomobilin dirəyə çırpılması nəticəsində 12 yaşlı yeniyetmə ölüb. Hadisə Talışlı kəndində Əhliman Əliyevə məxsus "VAZ 2107"nin yoldan çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində baş verib. Dünyasını dəyişən 2012-ci il təvəllüdlü Murad Əliyev sürücünün oğludur.
Fərid Mehdiyev