Avtomobil ağaca çırpılıb, 2 qardaş yaralanıb
Qaxda qardaşların xəsarət alması ilə nəticələnən yol qəzası olub. Hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili arxa təkərinin partlaması səbəbindən idarəetmədən çıxaraq ağaca çırpılıb. Rayonun Qaysarlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Zahid və 1983-cü il təvəllüdlü Natiq Kərimovlar aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev