Avtomobil ağaca və elektrik dirəyinə çırpılıb, sürücü ölüb
Lənkəranın Vilvan kəndində baş verən qəza nəticəsində sürücü xəstəxanada həyatını itirib. Xarxatan kənd sakini, 1968-ci il təvəllüdlü Natiq Məmmədov avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca və elektrik dirəyinə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev