Avtobusdan 37 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıblar
2021-09-20 14:08
Gəncədə polisin keçirdiyi əməliyyatla Gülüstan qəsəbəsindəki dayanacaqda Məmmədova məxsus “MAN” markalı avtobusdan 37.430 manat dəyərində 58 ədəd oturacaq, 1 ədəd kondisioner kompressoru, 9 ədəd təkər və 9 ədəd disk oğurlamaqda şübhəli bilinən dayanacağın gözətçisi və qohumu saxlanılıblar. Fakt araşdırılır.
Nərgiz camal