Avropa çempionu olan Gəncəli şahmatçı mükafatlandırılıb
Yunanıstanda qadın şahmatçıların şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib. Çempionatın qalibi, Gəncəli idmançı Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Təmsilçilərimizdən Günay Məmmədzadə və Səbinə İbrahimova isə xüsusi mükafata layiq görülüblər.
Vüsalə Cənnətova