Avropa çempionatında Azərbaycanın 5 cüdoçusu ilk mərhələdə qələbə qazanıb
Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında mübarizəyə uğurlu start veriblər. Qızlardan Diana Eldarova ardıcıl iki görüşdə qələbə qazanıb. Eyni çəkidə Nuranə Hacızadə ilk qarşılaşmasında qalib gəlib. Nərmin Məmmədli, Leyla Ələkbərova da komanda yoldaşları kimi mərhələ adlayıblar.
Oğlanlardan isə Nihad Rəhimov qələbə qazanıb.
Avropa çempionatı iyunun 30-da başa çatacaq.
Vüsalə Cənnətova