Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq
2021-11-13 14:05
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq. S7 qarşılaşma keçiriləcək. Fransa Qazaxıstana qalib gəlsə, mundialın final mərhələsinə vəsiqə qazanacaq. Bosniya və Herseqovina Finlandiya ilə üz-üzə gələcək. Belçika Estoniya ilə görüşdə qalib olsa, vaxtından əvvəl DÇ-da iştirakını rəsmiləşdirəcək. Uels millisinin lideri Qaret Beyl Belarusla görüşdə yığmada 100-cü oyununu keçirəcək. Norveç Latviyanı, Türkiyə Cəbəllütariqı, Monteneqro Niderlandı qəbul edəcək. Türkiyə pley-off şansını davam etdirmək üçün mütləq "cırtdanlar"a qalib gəlməlidir.
Nərgiz camal