Avropa Yenidənqurma və İnkişaf Bankının Qarabağın bərpasında iştirakı müzakirə edilib
2021-06-08 12:06
Avropa Yenidənqurma və İnkişaf Bankının Qarabağın bərpasında iştirakı müzakirə edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bankın Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen və həmkarları ilə görüşüb: "Görüşümüzdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq" - deyə nazir tvitində qeyd edib.
Fərid Mehdiyev