Canlı
Avropa və dünya çempionatı İspaniyada keçirilə bilər

2018-09-13 / 12:07

İspaniya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün mübarizə aparacaq. İspaniyanın baş naziri Pedro Sançes, FİFA prezidenti Canni İnfantino və İspaniya Futbol Federasiyasının rəhbəri Luis Rubiales bu məsələni müzakirə etmək üçün bir araya gəliblər. Görüşdə həmçinin 2030-cu ildə baş tutacaq futbol üzrə dünya çempionatının İspaniyada keçirilməsi məsələsinə də toxunulub.

Vəfa Şairova