Avropa Super Liqası FİFA və UEFA-ya qarşı Avropa Ədalət Məhkəməsinə iddia qaldırıb
2021-06-01 18:00
Avropa Super Liqası FİFA və UEFA-ya qarşı Avropa Ədalət Məhkəməsinə iddia qaldırıb. Super Liqa rəsmiləri rəqabət qanununun pozulduğunu əsas gətirərək, adıçəkilən qurumlardan şikayətçi olub. Aprelin 19-da fəaliyyətə başlayan Avropa Super Liqasında 12 klubun iştirakı təsdiqlənsədə, qısa zamanda artan təzyiqlər nəticəsində Real, Juventus və Barcelona istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdilər. UEFA bir neçə gün öncə Real, Barcelona və Juventus klublarına qarşı intizam işi açdığını elan edib.
Vüsalə Camal