Avropa mədəniyyət festivalının açılışı olub

2013-cü ildən etibarən paytaxtda baş tutan tədbirdə Avropanın 20-dən artıq ölkəsi iştirak edir. Festivalin proqramına əyləncəli şoular, müxtəlif müsabiqələr, viktorinalar, karaoke, konsertlər və muzey turları daxildir. Sərgidə Polşa, İtaliya, Hollandiya, Latviya və digər Avropa ölkələrinin adət-ənənəsi, mədəniyyəti nümayiş olunur. Festivalda hər bir ölkə öz mətbəxini təbliğ edir, ölkəsi barədə məlumatlar çatdırır.

Vəfa Şairova