Avropa Liqasında Azərbaycan klublarından yalnız biri mərhələ adlayıb
2020-08-28 10:08
"Neftçi" UEFA AL-in birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın "Şkupi" klubunu qəbul edib. Oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Keşlə” öz meydanında Albaniya “Laçi”si ilə üz-üzə gəlib. Azarkeşsiz və bir oyundan ibarət duelin taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Laçi” mərhələ adlayıb – 4:5. “Sumqayıt” isə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gəlib. Qonaqlar iki penalti zərbəsini qola çevirərək mərhələ adlayıblar.
Vəfa Şairova