Canlı
Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib

2018-03-09 / 08:39

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Bu mərhələnin görüşləri olduqca məhsuldar alınıb. 8 matçda qapılara 22 top vurulub. Mərhələnin ən çox gözlənilən qarşılaşması İtaliyada oynanılıb. “Arsenal”ı qəbul edən “Milan” 0:2 hesabı ilə uduzub. Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olmuş "Atletiko” ilk oyununu evdə keçirib. Madrid klubu Moskva “Lokomotiv”inin qapısından 3 cavabsız top keçirməklə, təkrar oyun öncəsi böyük üstünlük əldə edib.

Vəfa Şairova