Avropa Liqasının 1/4 final mərhələsinin son iki oyunu da keçirilib
2020-08-12 10:07
Avropa Liqasının 1/4 final mərhələsinin son iki oyunu da keçirilib. Ukraynanın "Şaxtyor" klubu İsveçrənin "Bazel" komandası üzərində 4:1 hesablı qələbə qazanıb. Digər oyunda İspaniya "Sevilya"sı İngiltərənin "Vulverhempton" komandası ilə qarşılaşıb və görüş ispanların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Şaxtyor" və "Sevilya" UEFA Avropa Liqasının yarımfinalına yüksəliblər. Bu mərhələdə Ukrayna təmsilçisi "İnter"lə, "Sevilya" isə "Mançester Yunayted"lə üz-üzə gələcək.
Vəfa Şairova