Avropa Liqasının ən yaxşı qolları sırasında Qarabağın futbolşusunun da adı var
2020-12-28 16:10
UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qollarını açıqlayıb. Onların arasında "Qarabağ"ın futbolçusu Ovusu Kvabenanın dəqiq zərbəsi də yer alıb. 23 yaşlı qanalı hücumçunun II turda İspaniya "Vilyarreal"ı ilə matçdakı qolu ən yaxşılardan hesab edilib. Oktyabrın 29-da İstanbulda keçirilən qarşılaşma "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Vəfa Şairova