"Avropa İttifaqının Ermənistanı silahlandırması təhlükəli addımdır"
Fransanın ardınca Avropa İttifaqının Ermənistanı silahlandırması olduqca yanlış və təhlükəli addımdır. Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib ki, bu, regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. İcma Litvadan olan bir qrup deputatın Ermənistan-Azərbaycan sərhədinə baş çəkməsinə də münasibət bildirib. "Səlibçi mentalitetli litvalı deputatlar Cənubi Qafqazda macəra axtarmaq, Don Kixotluq etmək əvəzinə qoy gedib öz ölkələrində sıxışdırılan etnik azlığın hüquqlarının qorunması ilə məşğul olsunlar". deyə məlumatda qeyd edilib.
Nərgiz Camalzadə