Canlı
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi seçilib

Toyvo Klaar Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində təsdiqlənib. Müvafiq qərar bu gün Avropa Şurası tərəfindən qəbul edilib. Onun vəzifəsi regiondakı münaqişələrin, yəni Gürcüstan böhranı və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, eləcə də regional əməkdaşlığın təşviqinə kömək etməkdən ibarət olacaq.

Fərid Mehdizadə