Avropa İttifaqı minatəmizləmə işlərinə 4 milyon avrodan çox vəsait ayıracaq
Azərbaycan hökuməti, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə minaların təmizlənməsi üzrə qüvvələrini birləşdirir. Bu məqsədlə Şuşada imzalanan layihəyə Avropa İttifaqı 4,25 milyon avro maliyyə töhfəsi verəcək. Layihə geri qayıdan 33 minə yaxın ailənin özlərini daha təhlükəsiz hiss etmələrinə və yaşayış vasitələrini bərpa etmələrinə kömək edəcək.
Vüsalə Cənnətova