Avropa İttifaqı Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında vacib rol oynayır - Prezident
2021-05-25 12:12
Prezident İlham Əliyev Estoniya Parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunaraq Brüsselə son səfərinin nəticələrini müsbət qiymətləndirib, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vacib rol oynadığını bildirib. Yuri Ratas Bakıya səfəri zamanı səmərəli və məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırıb.
Vüsalə camal