Canlı
Avropa dərəcəli hakimlərimiz yeni dəvət alıb

2018-03-08 / 12:30

Avropa dərəcəli hakimlərimiz Vaqif Əliyev və Ələkbər Ağakişiyev kişi həndbolçuların Çağırış kubokunun 1/4 finalına dəvət alıblar. Referilərimiz martın 24-də Yunanıstanın “AEK Afina” və Lüksemburqun “Berçem” komandaları arasındakı matçı idarə edəcəklər. Yunanıstanda baş tutacaq ilk görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi bolqarıstanlı Andrey Andreev olacaq.

Vəfa Şairova