Canlı
Avropa Şurasının baş katibi Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb

Avropa Şurasının baş katibi Törbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb. Yaqland yaydığı bəyanatda bildirib ki, Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri qurumu narahat edir.

Fərid Mehdizadə