Avropa çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Avropa çempionatlarında ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Siyahıya 67 matçda 54 dəfə fərqlənən Kriştianu Ronaldu başçılıq edir. İkinci yerdə Polşa millisinin hücümçusu Robert Levandovski var. Forvard 27 dəfə fərqlənib. Onnan cəmi bir qol az vuran İngiltərə millisinin qol silahı Harri Keyn üçüncüdür.
Emin İsazadə