Avropa çempionatından sonra Almaniya milli komandasının baş məşqçi postunu tərk edəcək
2021-03-09 16:08
Yoahim Löv futbol üzrə Avropa çempionatından sonra Almaniya milli komandasının baş məşqçi postunu tərk edəcək. Almaniya Futbol İttifaqından bildirilib ki, 61 yaşlı mütəxəssisin 2022-ci il dünya çempionatınadək olan müqaviləsinin AVRO-2020-dən sonra pozulması xahişinə müsbət cavab verilib. Yoahim Löv 2006-cı ildən Almaniya millisinin baş məşqçisi postundadır. Onun rəhbərliyi altında Bundestim 2014-cü ildə dünya çempionu, 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub.
Vüsalə Camal