Avropa çempionatında uğurlu çıxış edən Turan Bayramov Gəncəyə dönüb

2019-06-14 16:09

İspaniyada sərbəst güləş üzrə gənclərdən ibarət yığmamızın heyətində Avropa çempionatında uğurlu çıxış edən Turan Bayramov Gəncəyə dönüb. Avropa çempionatının qızıl medalçısı şəhərin girişində Nizami məqbərəsinin önündə qarşılanıb. Turanı təbrik etmək üçün Gəncənin idman ictimaiyyətinin nümayəndələri ulu şeyxin məqbərəsinə yığışıblar.

Vüsalə Camal