Canlı
Avropa çempionatında millimiz aktivinə ilk medalı yazdırıb

2018-05-16 / 08:39

Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatında millimiz aktivinə ilk medalı yazdırıb. Bu mükafatı komandamıza 45 kq çəkidə güləşən Kənan Heybətov qazandırıb. Təmsilçimiz yarışı 3-cü yerdə tamamlayıb. Yeniyetmə güləşçi bürünc medal uğrunda görüşdə Ukrayna idmançısına qalib gələrək bu uğura imza atıb.

Vəfa Şairova